Almaniya millisinin və "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil iddialı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, "The Telegraph"a danışan türk əsilli futbolçu özünü dünyanın ən yaxşı pleymeykeri adlandırıb:
 
"Mən dünyanın ən yaxşı pleymeykeriyəm. Ancaq bəzən cinahlarda oynadım. "Real"da sağ cinahda çıxış edirdim və bu mənim xoşuma gəlirdi. Meydanın mərkəzində də oynaya bilərəm. Almaniya yığmasında əsasən sol cinahda oynadım. Bu bir qədər çətin idi. Lakin DÇ-2014-də işimin öhdəsindən layiqincə gəldiyimi düşünürəm".
Shares: