"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Bu nəticə məni çox məyus etdi. Komandamız başdan sonadək oyuna nəzarət etsə də, iki gözlənilməz qol buraxdıq. Hər iki hissədə çoxlu qol epizodları yaratsaq da, topu qapıdan keçirmək üçün son vuruşu edə bilmirdik. AZAL yaxşı müdafiə olunurdu, onları ancaq qələbə münasibəti ilə təbrik edə bilərəm. Komanda olaraq bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq. Təəssüf ki, Kristya bu gün yaxşı çıxış etmədi, ona görə də əvəzləndi. Lakin 4 turdan sonra bu oyunçunu hesabdan silmək düzgün deyil. Komandamın hər bir oyunçusuna inamım var”.
Shares: