AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mövsüm başlayandan komandada böyük dəyişikliklər etmişik. Heyətə 12 yeni futbolçu cəlb edilib. İlk turlarda da demişdim ki, öz oyunumuzu göstərmək üçün hələ zamana ehtiyacımız var. Lakin bugünkü oyun da göstərdi ki, komanda üzvləri bir-birinə hələ tam uyğunlaşmayıb. Qələbə bizə çox vacib idi. Deyə bilmərəm ki, bu, bizim üçün dönüş nöqtəsidi. Mövsüm uzundu, komandada özünəinam hissinin olması üçün qalib gəlməli idik. Futbolda mübarizəsiz heç nəyə nail ola bilmərik. Ruslan Məcidov və Tomi Kostadinovun olmaması bizə müəyyən çətinliklər yaradır. Onlar yaxın zamanda komandaya qoşulacaqlar. İlk oyunda Rəşad Abdullayevi ehtiyatda saxlamışdım ki, ehtiyac olanda oyunda dönüş yarada bilək. Viktor İqbekoyi artıq neçə mövsümdü ki, komandadı. Əvəzetmədən meydana daxil olub göstərdiyi əzmkar oyun ilə dönüş yarada bilir”.