"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Oyun barəsində heç nə danışmaq istəmirəm. Bir sözüm var, rəqibi təbrik edirəm. Mən oyun görmədim. Hakimlik barədə danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, hakimin kobud səhvləri oldu. Bizim vaxtımızda qapıya gedən topu müdafiəçi əl ilə saxlayanda penalti verilirdi. Görünür indi qaydalar dəyişib”.
Shares: