"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“İlk hissədə qol vursaq da, mən daha çox ikinci hissədən razı qaldım. Qələbə qazandıq. Düşünürəm ki, bu oyunda azarkeşlər bizə çox yardım etdilər. Uduzanda da, udanda da bizim yanımızdadılar. Bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyıq. Turnir cədvəlinin lideriyik. İndiki məqamda bunu təsadüf yox, reallıq kimi qəbul etməliyik. Məqsədimiz çempionluq yox, ötənilki ilə müqayisədə daha yaxşı nəticə qazanmaqdı”.
Shares: