"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Araz Naxçıvan" üzərində qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Oyuna yaxşı başlaya bilmədik, amma sonra yaxşı epizodlar yarada bildik. Hesab 2:0 da ola bilərdi. Komandamdan razl qaldım. Dəstəyə görə azarkeşlərimizə də təşəkkür edirəm.
– Küləyin də təsirindən istifadə edib, komandanız qapıya zərbələr vura bilərdi. Amma belə zərbələrin şahidi olmadıq. Niyə?
– Bizdə də zərbə vurmaqla bağlı tapşırıqlar olmuşdu, amma buna əməl olunmadı. Əlbəttə, hücuma çox aludə olanda da qapımız qarşısında təhlükəli epizodlar yaradıla bilərdi. Ona görə boşluqlar da buraxmamalıydıq. Bu səbəbdən də zərbələr olmadı.
– Bizdə də zərbə vurmaqla bağlı tapşırıqlar olmuşdu, amma buna əməl olunmadı. Əlbəttə, hücuma çox aludə olanda da qapımız qarşısında təhlükəli epizodlar yaradıla bilərdi. Ona görə boşluqlar da buraxmamalıydıq. Bu səbəbdən də zərbələr olmadı.
– Vurğun Hüseyov bununla neçənci dəfədi ki, qırmızı vərəqə alır…
– Elə bil ki, qırmızı vərəqə Vurğunun alnına yazılıb. Hər il qırmızı vərəqə alır. Ümumiyyətlə, müdafiəçilər daim mübarizədə olur deyə, qırmızı vərəqə alırlar.
– 4 turdan sonra "Sumqayıt" liderdi. Bunu təsadüfi sayanlar da var. Siz bu barədə nə deyə bilərsiz?
– Hələlik, reallıq budu ki, liderik. Yenə deyirəm, rəhbərlik tərəfindən bizim qarşımıza məqsəd qoyulmayıb ki, çempion olaq, avrokuboklara vəsiqə qazanaq. Məqsəd odu ki, ötən mövsümlə müqayisədə daha yaxşı nəticə qazanaq.
– Aqil Nəbiyevin sizdən müəmmalı ayrılığına nə səbəb oldu?
– Özü ayrılmaq istədiyini dedi. Biz də razılıq əsasında yollarımızı ayırdıq.