"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev paytaxt klubundan ayrılıb. Futbolinfo.az xəbər verir ki, o, yeni mövsümdən karyerasını Türkiyədə davam etdirəcək.
İmamverdiyev "Elazığspor"la anlaşıb. O, bir il müddətində Türkiyə klubunda icarə əsasında çıxış edəcək.