Topaz Premyer Liqasının 4-ü turunun son oyununda "Qarabağ" "İnter Arena"da "Bakı"nı qəbul edir. Futbolinfo.az xəbər verir ki, matçı millimizin baş məşqçisi Berti Foqts da izləyir.
 
O, qarşılaşmanın başlamasına 20 dəqiqə qalmış öz yerini alıb. Foqtsdan başqa millimizdə məşqçi kimi çalışan Mahmud Qurbanov, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də matçı izləyənlər arasındadı.
Qeyd edək ki, "Neftçi" – "Simurq" oyununda olduğu kimi, bu qarşılaşma da bir dəqiqəlik sükuta başlayıb. Bu gün Qubadlının erməni qəsbkarları tərəfindən işğalından 21 il ötür.
 
Yeri gəlmişkən, "Qarabağ" bu oyunda yeni forması ilə ilk matçına çıxıb.
Shares: