Hazırda Topaz Premyer Liqasının 4-cü turunda "Qarabağ" "Bakı ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, "Bakı" ilk hissədə geridə olsa da, ikinci hissədə hesabı bərabərləşdirdi.
Nurlan Novruzov künc zərbəsindən qaldırılan topu İbrahim Şehicin qoruduğu qapıdan keçirdi. Bu zaman "zolaqlılar"ın vitse -prezidenti Yaşar Seyidov qol sevincini çılğıncasına edib. Belə ki, Seyidov matçı izlədiyi VİP lojadakı masanın üzərinə çıxıb. O, bir az sonra Yure Travnerin vurduğu ikinci qol zamanı da təkrarlayıb.