"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hər həftə bir qədər daha yaxşı oynamağa çalışırıq. Mən futbolçularımın alnından öpürəm. Bu gün bir xal qazanmadıq, 2 xal itirdik. Çox yaxşı mübarizə apardıq, komandamı təbrik edirəm. Qazanılan xalı rəhbərliyə həsr edirəm. “Qarabağ”a isə növbəti Avroliqa oyunlarında uğurlar arzu edirəm. Yolları açıq olsun”.