Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın komandası – "Qaziantep BB" də ilk matçına çıxıb.
 
Futbolçularımızın komandası doğma meydanda "Boluspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.
 
Yığmamızın üzvlərinin hər üçü oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olub. Onlardan yalnız Cavadov 34-cü dəqiqədə hesabı açmaqla yadda qalıb. Amma onun bu qolu qələbə üçün yetərli olmayıb.
Shares: