Futbol üzrə İtaliya çempionatında yeni mövsümün ilk turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "İnter" açılış turu çərçivəsində səfərdə "Torino" ilə qarşılaşıb.
Oyun qolsuz başa çatıb. Halbuki, meydan sahibləri 20-ci dəqiqədə Milan təmsilçisinin qapısına təyin olunan penaltini boşa veriblər. 90-cı dəqiqədə isə "Qarabağ"ın rəqibinin heyətində Nemanya Vidiç qırmızı vərəqə alaraq, meydandan qovulub.