Futbol üzrə Fransa çempionatında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent-Etyenn" 4-cü tur çərçivəsində səfərdə PSJ ilə qarşılaşıb.
 
Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb. İlk qolu 24-cü dəqiqədə sent-etyennlilərin oyunçusu Stefan Ruflle öz qapısına vurub. 41, 62 və 72-ci dəqiqələrdə Zlatan İbrahimoviç, 64-cü dəqiqədə isə Edinson Kavani qonaqları məyus edib.
Qeyd edək ki, 4 turdan sonra "Sent-Etyenn" 7 xalla 8-ci pillədə qərarlaşıb. 
Shares: