Topaz Premyer Liqasının 4-cü turunun “İnter”lə oyunu “Xəzər Lənkəran” üçün maraqlı faktla əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, stadionun tribunalarına toplaşan tamaşaçılar ölkə çempionatlarında “ağ-yaşıllar”ın oyunlarını izləyən ümumi tamaşaçı sayında 1 milyonu keçməsi üçün kifayət edib.
Yarışda debüt etdiyi 2004-cü ildən indiyədək 152 ev matçına çıxan komandanın bu matçlarını oyun protokollarına əsasən 1 milyon 4 min 677 tərəfdardar izləyib. Baş tutan 152 qarşılaşmadan ikisi boş tribunalar önündə keçirilib. Bu göstəricidə bütün rəqiblərini üstələyən “Xəzər Lənkəran” orta hesabla hər çempionat matçında 6610 azarkeş toplaya bilib.
Qeyd edək ki, 2010/11 mövsümün Lənkəran klubunun tarixində tamaşaçı sayında rekordla düşüb. 2005/06 mövsümündə ən aşağı göstəricinin qeydə alınması isə matçların daha az tamaşaçı tutumuna malik Olimpiya kompleksinin stadionunda baş tutması ilə bağlıdı.
Mövsüm |
Turnir |
Oyun |
Tamaşaçılar |
Orta tamaşaçı sayı |
2004/05 |
Çempionat |
17 |
91600 |
5388 |
2005/06 |
Çempionat |
13 |
31717 |
2440 |
2006/07 |
Çempionat |
12 |
87720 |
7310 |
2007/08 |
Çempionat |
13 |
76500 |
5885 |
2008/09 |
Çempionat |
13 |
104800 |
8062 |
2009/10 |
Çempionat |
16 |
138440 |
8653 |
2010/11 |
Çempionat |
16 |
158500 |
9906 |
2011/12 |
Çempionat** |
16 |
123000 |
7688 |
2012/13 |
Çempionat |
16 |
86400 |
5400 |
2013/14 |
Çempionat |
18 |
89500 |
4972 |
2014/15 |
Çempionat |
2 |
16500 |
8250 |
Turnirlər |
Çempionat** |
152 |
1004677 |
6610 |
“*” işarəsi tamaşaçısız keçirilən oyunların sayını göstərir. (klub saytı)