Fransa "Sent-Etyenn"inin baş məşqçisi Kristof Qalte Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis komandasının gücləndirmək istədiyini deyib:
 
"Qarşıda Avropa Liqasının qrup oyunları var. Həmin matçları da nəzərə alsaq, həftədə 3 oyun keçirəcəyik. Təbii ki, bu da komandanı yoracaq. Amma biz yorğunluq kimi bəhanələrin arxasına gizlənməməliyik. Komandanı gücləndirmək istəyirəm. Ola bilsin ki, yaxın günlərdə yarımmüdafiə xətti üçün bir oyunçu aldıq".
 
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.
Shares: