Avropa Liqasındakı uğursuzluq “Neftçi”də bəzi islahatlara səbəb olacaq. Belə ki, ümidi doğrultmayan bəzi futbolçuların heyətdən kənarlaşdırılacağı gözlənilir.
 
Artıq yüksək ödənişli oyunçulardan biri yola salınıb. Birvaxtlar az qala komandanın liderinə çevrilən, son matçlarda isə potensialından qat-qat aşağı səviyyədə çıxış edən Bruno Bertuççi Braziliyaya yola salınıb. Düzdü, müdafiəçinin zədəsini müalicə etdirmək məqsədilə vətəninə getdiyi bildirilir. Ancaq klubdan aldığımız məlumata görə, ona “getmişkən özünə klub da axtar” tapşırığı verilib.
 
“Neftçi”dən gedəcəyi gözlənilən digər futbolçu isə Ernest Nfordu. Baş məşqçi Böyükağa Hacıyevlə münasibətləri qaydasında olmayan hücümçü həm də xroniki zədədən əziyyət çəkir.
Shares: