Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" səfərdə "Trofensi" ilə üz-üzə gəlib.
Oyun qonaq komandanın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yarımmüdafiəçimiz bu oyunda debüt edib. Start heyətdə meydana çıxan Quluzadə oyunun 28-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb, 37-ci dəqiqədə isə Palasyo ilə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra "Atletiko" 5 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.