Xəbər verdiyimiz kimi, "Araz Naxçıvan" futbol klubu çempionatdan çəkilməyi ilə bağlı dünən sosial şəbəkədə bəyanat yaymışdı. Futbolinfo.az xəbər verir ki, Naxçıvan təsmilçisinin belə bir addım atmasına son iki turda üzləşdiyi hakim səhvləri səbəb olub.
 
Peşəkar Futbol Liqası isə öz növbəsində klubun bəyanatı rəsmi saytı vasitəsilə yaymadığını əsas gətirərək, bunu ciddiyə almadı.
 
Ancaq əldə etdiyimiz məlumata görə, bu bəyanat heç də əbəs yerə deyilmiş. Belə ki, klub prezidenti Orxan Cabbarov hazırda AFFA-nın inzibatı binasındadı. O, AFFA və PFL rəhbərliyi ilə görüşüb, sözügedən məsələyə aydınlıq gətirəcək.
Shares: