"Lill"in hücumçusu Salomon Kalu karyerasını Almaniyada davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, Bundesliqa klublarından "Herta" onu rənglərinə bağlayıb.
 
29 yaşlı futbolçu artıq Almaniyadadı və tibbi müayinədən keçib. Transfer paytaxt klubuna 3 milyon avroya başa gəlib.
 
Kalu daha öncə "Çelsi"dəki oyunuyla məşhurlaşmışdı.
Shares: