Ukrayna "Dnepr"nin futbolçusu Sergey Kravçenko Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi çətin qrupa düşdüklərini deyib:
"Ağır qrupdu. Amma rəqib seçmək bizim işimiz deyil".
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.
Xatırladaq ki, Kravçenko 2005/06 mövsümündə "Qarabağ"da çıxış edib.