"Barselona"da Lionel Messi şoku yaşanır Komandanın lideri La Liqanın son turunda "Vilyarreal"la matçda sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçunun qasıq əzələsindən zədə alıb.
Bunun Messinin çox çalışmasından əmələ gələn əzələ yanması olduğu ehtimal edilir. Həmçinin katalon klubunun gənc oyunçusu Munir El-Haddadi də oxşar şəkildə zədələnib.
Sabahkı testlərin nəticəsində hər iki futbolçunun vəziyyətinin ciddi olub-olmadığı ortaya çıxacaq.