"Sevilya"nın forvardı Karlos Bakka karyerasını "Arsenal"da davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, London klubu kolumbiyalıya görə rəsmi təklif göndərməyə hazırdı.
Bakkanın sərbəst qalma məbləği 35 milyon avro olsa da, "Sevilya" onu 16 milyon avroya satmağa razıdı.
Qeyd edək ki, Loik Reminin "Çelsi"də oynamağa razılıq verməsinin ardından "topçular" diqqətini 27 yaşlı futbolçuya yönəldib.