Topaz Premyer Liqasının 4-cu turunda ötən ilin çempionu "Qarabağ" "Bakı"nın müqavimətini qıra bilmədi. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu hesabı açan tərəf olsa da, üstünlüyünü sona qədər qoruya bilmədi – 2:2. İkinci hissədə "atlılar"ın qapısına yol tapan Nurlan Novruzov baş tutan qarşılaşma ilə bağlı fikirlərini saytımıza danışıb:
 
"Komandamız "Qarabağ"la oyuna çox ciddi hazırlaşmışdı. Heç də pis təsir bağışlamadıq. Hesabda geri olsaq da, ikinci hissədə toparlanıb, oyunu çevirdik. Maraqlı oyun oldu. Matçı izləyənlər də qarşılaşmadan həzz aldı. 1 xal da pis nəticə deyil. Artıq hər şeyi geridə qoyub, "Sumqayıt"la oyuna hazırlaşacağıq. "Qarabağ"a da Avropa Liqasında uğurlar arzulayıram. İnşallah, yaxşı nəticə qazanıb, bizləri sevindirərlər".
Shares: