"Mançester Siti"nin müdafiəçisi Mayka Riçards karyerasını İtaliyada davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, o, yeni klubu "Fiorentina"nın bazasında tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.
 
26 yaşlı futbolçu geridə qalan mövsümdə sadəcə 10 matçda forma geymişdi. Riçardsla "Roma" və "Nyukasl" da yaxından maraqlanırdı.
 
Qeyd edək ki, Maykanın “Siti” ilə olan müqavilə müddəti buy ay başa çatmışdı. Rəhbərlik ona yeni sözləşmə təklif etmədiyindən Riçardsın keçidi italyanlara pulsuz başa gəlib.
Shares: