"Qalatasaray" iki futbolçunun transferini rəsmiləşdirmək üzrədi. Futbolinfo.az xəbər verir ki, söhbət "Napoli"nin futbolçuları Qoran Pandev və Blerim Cemailidən gedir. Artıq hər iki futbolçu İstanbula gəlib. Onların hava limanında “Qalatasaray” şarfı ilə çəkdirdiyi şəkil də xəbəri təsdiq edir.
Qeyd edək ki, “Cim-Bom” hər iki futbolçunu tibbi müayinədən keçirdikdən sonra Pandevlə 1+1, Cemaili ilə isə 3 illik müqavilə imzalayacaq.