Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov Almaniyada növbəti dəfə klubunu dəyişib. Futbolinfo.az xəbər verir ki, bu yay "Kayzerslautern"dən "Tsvaybrüken"ə keçən 22 yaşlı hücumçu bu komandasını da tərk edib.
 
Belə ki, o, Almaniya regional liqasının digər üzvü "Saarbruken"lə rəsmi müqavilə imzalayıb. Klubun rəsmi saytında yerləşdirilən məlumata görə, Dadaşov 2016-cı ilin iyuluna kimi yeni komandasının şərəfini qoruyacaq.
Shares: