Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov bu gün "Saarbruken"lə 2 illik müqavilə bağlayıb. Futbolinfo.az xəbər verir ki, klub saytına danışan "qara-göylər"in baş məşqçisi Fuat Kılıç hücumçumuzla bağlı ağızdolusu danışıb.
 
Türk əsilli mütəxəsiss 22 yaşlı forvardı ingiltərəli futbolçu Matt Teylora bənzədib: "Rüfət Matt Teylor kimi rəqibi şoka salan tipik hücumçudu. Feliks zədələndikdən sonra biz bu cür oyunçu axtarırdıq. Rüfətin aydın hədəfləri və planları var. O, nəyə qadir olduğunu regional liqada sübut edib və beynəlxalq səviyyədə təcrübə qazanıb. O, komandamıza qoşulduğu üçün çox şadıq".
 
Qeyd edək ki, Dadaşov digər Almaniya regional liqa təmsilçisi "Tsvaybrüken"dən "Saarbruken"ə keçib.
Shares: