Argentina millisi sentyabrın 3-də yoldaşlıq görüşü çərçivəsində qarşılaşacağı Almaniya ilə oyuna ciddi itki ilə çıxa bilər. Futbolinfo.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Lionel Messinin qarşıdakı oyunda Argentina millisinə kömək edə bilməyəcəyi gözlənilir.
 
La Liqanın 2-ci turu çərçivəsində "Vilyareal"la görüşdə (1:0) qasıq nahiyyəsindən zədələnən futbolçunun Almaniyaya qarşı oynamayacağı ehtimal olunur. Lakin 27 yaşlı futbolçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Shares: