Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumda olması "Neftçi" və "Qarabağ"ın Avropa Liqasındakı ev oyunlarındakı çıxışına təsirsiz ötüşmədi. Futbolinfo.az xəbər verir ki, mərkəzi arenada artıq bununla bağlı ciddi işlər aparılır.
 
Belə ki, mərkəzi arenanın ot örtüyü dəyişdirilir. Bu barədə saytımıza açıqlamasında stadionun direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, xarici şirkətlərin biri ilə artıq müqavilə imzalanıb. Hazırkı durumda qazonun ölkəmizə gətirilməsini gözləyirlər. Qazon gətirilən kimi, köhnə qazon yenisi ilə əvəzlənəcək. Bu işlərin sentyabrın 15-nə kimi başa çatdırılması nəzərdə tutulub.
 
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Sent-Etyenn"lə evdə keçirəcəyi matça qədər arena tam hazır vəziyyətə gətiriləcək.
Shares: