"Qarabağ" rəhbərliyi, məşqçilər korpusu və bəzi futbolçuları Ağdama səfər edib. Futbolinfo.az xəbər verir ki, səfərdə məqsəd son mövsümdə qazanılan ölkə çempionluğu kubokunu ağdamlı azarkeşlərə təqdim etmək olub.
Quzanlıya gedənlər arasında Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, qapıçı Fərhad Vəliyev, müdafiəçi Maksim Medvedev, eləcə də yarımmüdafiəçi Namiq Yusifov yer alıb. Onları Ağdamda rayonun icra başçısı Raqub Məmmədov qarşılayıb.