"Bakı” futbol klubu Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən matçın baş hakimi Ramil Diniyevin idarəçiliyindən narazı qalıb. Futbolinfo.az xəbər verir ki, bu haqda “Bakı”nın katibi Zəka İbrahimov açıqlama verib:
“Oyun ərzində Ramil Diniyevin qəbul etdiyi bəzi qərarlar səhv idi. Xüsusən də qapımıza təyin olunan penalti epizodu. Orada hər hansı bir penaltidən söhbət gedə bilməz. Oyunun icmalına baxdıqda da bu, açıq-aşkar görünür. Burada penaltilik bir şey yoxdu. Odu ki, PFL-ə bu haqda etirazımızı bildirəcəyik. Qoy, ölçü götürsünlər”.