“Neftçi” Azərbaycan çempionatları tarixində 11-ci avtoqoluna imza atıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 4-cü turunun “Simurq”la oyununda öz qapısına qol vuran braziliyalı Karlos Kardosoyadək paytaxt təmsilçisi 10 dəfə belə halla üzləşmişdi.
Kardoso Bakı klubunun heyətində bu uğursuzluğu yaşayan 3-cü legionerdir. Onadək Denis Silva və Erik Ramos da çempionat oyununda avtoqol müəllifi olmuşdu. Öz qapısına vurulan 11 topdan 8-i ev oyunlarına, 3-ü səfər matçlarına təsadüf edib. “Neftçi” avtoqol müəllifliyində 3-cü pillədə qərarlaşıb. Bakılılar yalnız AZAL (13) və “Qarabağ”dan (12) az xətaya yol verib.
“Neftçi”nin Azərbaycan çempionatındakı avtoqolları:
|