Topaz Premyer Liqasının 4-cü turu “Neftçi”nin futbolçusu Flavinyo üçün yubileylə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 150-ci oyununu keçirib.
“Simurq”la qarşılaşmayadək 149 görüşə çıxan legioner kapitanı olduğu komandanın 2:1 hesablı qələbəsinə şahid olub.
Ötən mövsüm 100-cü çempionat matçını keçirən Flavinyo ölkə kuboku,avrokuboklar və Superkubokla birlikdə növbəti yubileyini qeyd edib. “Neftçi”nin hazırki heyətində bu göstəricidə 1-ci olan braziliyalı bu qarşılaşmalarda 36 dəfə fərqlənib. (PFL)