Rusiya yığmasının 2 üzvü, yarımmüdafiəçi İqor Denisov və hücumçu Artyom Dzyuba Azərbaycan millisi ilə oyunu buraxa bilər. Futbolinfo.az xəbər verir ki, hazırda zədəli olan hər iki futbolçu bərpa prosesi keçir.
 
Komandanın həkimi Eduard Bezuqlovanın sözlərinə görə, Dzyubanın sonradan komandaya qoşulmaq ehtimalı var. Denisovun aqibəti isə hələlik, bəlli deyil.
 
Qeyd edək ki, Rusiya – Azərbaycan qarşılaşması sabah "Ximki Arena"da keçiriləcək.
Shares: