Rusiya yığmasının futbolçusu Oleq Şatov millimizlə keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi yığmamızın çətin rəqib olduğunu dyib:
 
"Yenidən milli komandada olduğum üçün şadam. Komandada yaxşı ab-hava var. Artıq dünya çempionatındakı çıxışımız unudulub. Azərbaycanla oyuna gəldikdə isə, onu deyə bilərəm ki, çətin rəqibdi və yaxşı sınaq matçı olacaq".
 
Qeyd edək ki, Rusiya – Azərbaycan qarşılaşması sabah "Ximki Arena"da keçiriləcək.
Shares: