21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində baş məşqçi dəyişikliyi olacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə yığmamızın almaniyalı çalışdırıcısı Bernard Lippert verib.
AÇ-2015-in seçmə mərhələsinin İsraillə oyunu ərəfəsində bu gün mətbuat konfransı keçirən mütəxəssis millidən gedəcəyini açıqlayıb. O bildirib ki, sentyabrın 3-də İsrail, 8-də Portuqaliya ilə keçiriləcək oyunlar onun U-21-də son matçları olacaq.
Almaniyalının sözlərinə görə, o, ya bu 2 qarşılaşmadan dərhal sonra, ya da ilin sonunda postunu tək edəcək.
Qeyd edək ki, 2008-ci ilin martında U-21-in baş məşqçisi postuna gələn Lippert burada Şakir Qəribovu əvəzləyib.