Topaz Premyer Liqasınn 5-ci turu çərçivəsində "Neftçi" doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, hazırda azarkeşləri düşündürən suallardan biri də qonaq fanatların Bakıya gəlib-gəlməyəcəyi ilə bağlıdı.
Belə ki, ötən il "Böyük oyun"da azarkeşlər arasında baş verən qalmaqdan sonra AFFA İntizam Komitəsi qonaq fanatların səfərə yollanmamasına dair qadağa qoymuşdu. Sözügedən qərar da ötən mövüm üçün nəzərdə tutulmuşdu. Əldə etdiyimiz məlumata görə, hazırda bu qadağanın aradan qaldırılıb-qaldırılmayacağına dair müzakirələr davam edir.
Qeyd edək ki, qarşılaşma sentyabrın 13-də baş tutacaq. Həmin tarixə kimi Peşəkar Futbol Liqasının məsələyə tam aydınlıq gətirməsi gözlənilir.