“Transfer pəncərəsi”nin sonu yaxınlaşdıqca klubların bazardakı fəallığı artıb. Futbolinfo.az xəbər verir ki, ötən yay “Sevilya”dan "Mançester Siti"yə keçən Alvaro Neqredo yenidən İspaniyaya qayıdıb.
O, karyerasını "Valensiya"da davam etdirəcək. İspan klubu ilin sonunda satın almaq hüququyla bərabər hücumçunu icarəyə götürüb.
Neqredo yeni iş yerində 7 nömrəli formanı geyinəcək.