“Arsenal” heyətini yeni hücumçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, London klubu əzəli rəqibi “Mançester Yunayted”in oyunçusu Dani Uelbeki heyətinə qatıb.
 
Aparıcı futbolçusu Olivye Jirunun zədəsinə görə mövsümün ilk hissəsini buraxması “topçular”ı bu addımı atmağa vadar edib.
 
Uelbek bu gün tibbi müayinədən keçmək üçün Londona gedib. Transfer "Arsenal"a 16 milyon funt-sterlinqə başa gəlib.
 
Qeyd edək ki, MY dünən həm də digər hücumçusu Xavyer Ernandesi Madrid "Real"ına icarəyə verib.
Shares: