Madrid "Real"ının ulduzu Kriştianu Ronaldo komandanın transfer siyasəti haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, üstüörtülü şəkildə bu siyasəti bəyənmədiyini deyib:
"Real"ın transfer siyasəti haqda mənim öz düşüncələrim var. Ancaq bu barədə danışmaq istəmirəm. Əks təqdirdə qəzetlərin sabahkı buraxılışlarının baş səhifəsində olardım. Bu isə mənə lazım deyil. Əgər "Real"ın prezidenti düşünür ki, yeni futbolçular alınmalıdı və bəziləri komandadan getməlidi, o zaman bunu müzakirə etmərəm. Xoşbəxtlikdən biz Toni Kroos və Xames Rodriqes kimi səviyyəli futbolçularla müqavilə imzaladıq. Anxel di Mariya və Xabi Alonso komanda üçün önəmli futbolçular idi".