"Barselona" və İspaniya millisinin yarımmüdafiəçisi Andres İnyesta yığmanın Fransa və Makedoniyayla oynayacağı matçlarda iştirak edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu sol dizindən zədə alıb.
Xatırladaq ki, İnyesta bu səbəbdən həftə sonu oynanılan "Vilyarreal" – "Barselona" qarşılaşmasında forma geyməmişdi.