"Barselona" rəhbərliyi komandanın ulduz forvardı Neymarı cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik baş məşqçi Luis Enrikenin göstərişi ilə bu addımı atıb.
 
Belə ki, braziliyalı futbolçunun məşq zamanı azarkeşlərə avtoqraf verməsi Enrikenin xoşina gəlməyib. Çünki bu məşq porosesinə mənfi təsir göstərirmiş. Luis Enrikenin ağır nizam-intizam qaydaları məşq prosesinin gedişində bu tipli şeyləri qadağan edir.
 
Neymar kluba 6 min avro cərimə ödəyəcək.
Shares: