Türkiyənin "Beşiktaş" klubu iki futbolçusu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi təcrübəli forvard Maykl Eneramo ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
Yarımmüdafiəçi Sezər Öztürk isə "İstanbul Başakşehir" klubuna icarəyə verilib.
Qeyd edək ki, Eneramo ötən il "Sivasspor"dan, Sezər Öztürk isə "Fənərbaxça"dan transfer edilmişdi. Birinci ümidləri doğrultmamış, ikinci isə tez-tez intizamsızlığa yol verdiyi üçün klubdan göndərilib.