Rusiya Premyer Liqasının lideri "Zenit" ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın əsas qolçusu Halk zədələnib. "Lokomotiv"lə Premyer Liqa görüşündə (1:0) zədələnən təcrübəli futbolçunun vəziyyəti ciddidi.
 
Əzələsini dartan Halkın bud nahiyyəsində şiş olduğu aşkarlanıb. 28 yaşlı futbolçunun ən azı 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Halkın yoldaşlıq matçında Braziliya millisinə, Premyer Liqa və Çempionlar Liqasının qarşıdakı iki oyununda "Zenit"ə kömək edə bilməyəcəyi iddia edilir.
Shares: