Türkiyənin "Beşiktaş" klubu növbəti transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar” "Metallist"in (Xarkov) argentinalı yarımmüdafiəçisi Joze Ernesto Sosanı heyətinə qatıb.
Futbolçu cari mövsüm icarə əsasında İstanbul təmsilçisinin heyətində çıxış edəcək. İcarə haqqının qiyməti 1 milyon 400 min avro təşkil edir.
Qeyd edək ki, Sosa ötən mövsüm icarə əsasında "Atletiko"da oynamış və İspaniya çempionu olmuşdu.