Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah baş tutacaq Rusiya ilə yoxlama oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis Moskvadakı toplantı zamanı bunları söyləyib:
– Rusiyalı dostlarımıza belə bir matç təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm. Seçmə mərhələ öncəsi bu, bizim üçün yaxşı yoxlanış olacaq. Şadam ki, qarşıdakı iki il ərzində daha bir oyun gözləyir. Rəqib üçün də bu oyun vacibdi. Onlar DÇ-dən sonra ilk oyunlarına çıxacaqlar. RFİ Fabio Kapello ilə işbirliyini davam etdirməklə düzgün addım atdı. İtaliyalı dünyanın ən yaxşı mütəxəssislərindən biridi.
– Türkiyənin PTT 1-ci Liqasında çıxış edən futbolçularımızdan razısız?
– Onların Super Liqada, Bundesliqada, A Seriyasında oynamalarını istərdim. Onların PTT 1-ci Liqasında oynamasından razı qala bilmərəm. Eyni problemdən Kapello da əziyyət çəkir. Mənim fikrimcə, Azərbaycan Premyer Liqası PTT 1-ci Liqadan geri qalmır.

– Sabahkı oyunun nəticəsi sizin üçün nə dərəcədə vacibdi?
– Qələbə. Mənə hər oyunda qələbə qazanmaq vacibdi. Meydanda hansı heyət olur-olsun, qələbəyə oynamalıyıq. Mən futbolçularıma deyə bilmərəm ki, "sabah yoxlama matçıdı, çıxın öz bildiyiniz kimi oynayın". Yaxşı məşqçi elə fikir söyləməz. Sabah yaxşı oynasaq, minimal hesabla uduzsaq, yenə razı qalaram.

– Kapello daha çox oynatmadığı futbolçulara şans verəcəyini açıqlayıb. Bəs siz?
– Qoy bu sürpriz qalsın.
– Qoy bu sürpriz qalsın.
– Bu oyunda sentyabrın 9-da baş tutacaq Bolqarıstanla oyunda çıxış edəcək futbolçulara üstünlük verəcəksiz?
– Bu barədə mən sizə yalnız Bolqarıstanla oyuna yarım saat qalmış məlumat verə bilərəm.

– Rusiya ilə 4 oyunda çox yaxşı mübarizə aparmısız. Amma komandanız Özbəkistan və Fələstin kimi komandalara qarşı çox zəif oynayıb. Bunun səbəbi nədi?
– Azərbaycanla Rusiya arasında həmişə rəqabət olub. Kiçik ölkə həmişə böyüyə qalib gəlməyə çalışır. Biz də bunu edə bilərik. Rusiya ilə oyun üçün əlavə motivasiyaya ethiyac olmur. Futbolçularımız bu komanda ilə görüşə 110% motivasiya ilə çıxırlar. Digər rəqiblərlə oyunlara isə 60%.

– Yığma AÇ-nin final mərhələsinə çıxmağa hazırdı?
– Belə turnirlərin iştirakçısı olmaq üçün bəxt də lazımdı. Məsələn, Rusiyaya 0:1 hesabıyla uduzduğumuz oyunu götürək. Yəqin mənimlə razılaşarsız ki, hakim həmin oyunda penaltini verməyə bilərdi. Səfər oyunlarında az xal itirmədik. Fikrimcə, bəxtimiz gətirsəydi, Rusiyadan sonra ikinci ola bilərdik.
– "Qarabağ"la "Neftçi"nin Premyer Liqadakı oyunlarını təxirə salması sizin ürəyinizcə olmadı. Yığmamız sıx qrafikdə oynamağı bacaracaq?
– Oktyabrda İtaliya və Xorvatiya ilə üç gün ərzində qarşılaşacağıq. Özü də səfərdə. Bu, çox çətindi. Klubların oyunlarını təxirə salması mənə də problem yaradır. Blatterə məktub yazacam ki, Xorvatiya ilə oyunu təxirə salsın (gülür). Amma "Qarabağ"ı Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə təbrik edirəm. "Qarabağ" ölkənin ən yaxşı komandasıdı, özü də böyük fərqlə. "Neftçi" də qrupa düşsəydi, daha yaxşı olardı. Yerli futbolçular üçün hər bir beynəlxalq oyun vacibdi. Premyer Liqanın oyunları bundan sonra təxirə salınmasa, çox sevinərəm. (azerisport.az)