Ukraynanın "Dnepr" klubunun prezidenti və Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin Rusiyanın paytaxtı Moskvadakı əmlakına həbs qoyulub. Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, bu addım Ukrayna güc strukturlarının Donetsk və Luqanskdakı əməliyyatları ilə əlaqədar atılıb. Kolomoyskinin Ukraynanın cənub-şərqində aparılan əməliyyatların maliyyələşdirilməsində əli olduğu iddia edilir. "Dnepr"in prezidentinin Moskvada ofis binası olub. Məhz binanın icarəsindən əldə olunan gəlir Ukrayna qoşunlarının rusiyalı sakinlərin daha çox olduğu ərazilərə hücumlarının maliyyələşdirilməsinə yönəldilib.
 
Qeyd edək ki, "Dnepr" Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"la rəqibdi.
Shares: