Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter" yoxlama matçı keçirəcək. Futbolinfo.az xəbər verir ki, "bankirlər" "Sumqayıt"la üz-üzə gələcək.
 
Əldə etdiyimiz məlumata görə, yoxlama matçının keçirilməsini Bakı klubu təklif edib. Hələlik, matçın keçiriləcəyi məkan dəqiqləşməyib. Klublar təbii ot örtüyü olan meydançada oynamaq istəyirlər. Çünki növbəti turda hər iki komanda təbii ot örtüyü olan meydançada çıxış edəcək.
 
Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da baş tutacaq.
Shares: