Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadov bu gün keçiriləcək Rusiya ilə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Bu komandalar arasındakı oyunlar həmişə çox prinsipial keçir. İdman planında Rusiya yığmasına göstərmək istədiklərimiz var. Bizim də yaxşı komandamız var. Azərbaycan yığmasının hər bir üzvünün özünü göstərmək şansı var. Moskvaya ancaq qələbə qazanmaq fikri ilə gəlmişik. Yığmamızın qarşısında Avropa Çempionatına vəsiqə qazanmaq hədəfi durur. Fikrimcə, biz buna nail ola biləcəyik. Lakin bunun üçün öz oyunumuzu sərgiləməyimiz vacibdi. Yığmamıza yaxşı mütəxəssis rəhbərlik edir. Onunla çoxdan birgə çalışırıq. Əgər onun bütün göstərişlərini yerinə yetirə bilsək, bizdə hər şey alınacaq".
Shares: