"Qarabağ"ın Avropa Liqasının qrup mərəhələsindəki rəqibi "Dnepr" UEFA-dan rədd cavabı alıb. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu kluba qrup mərhələsindəki ev oyunlarını doğma şəhər Dnepropetrovkda keçirmək üçün icazə verməyib.
 
Bu səbəbdən də, komanda ev oyunlarını paytaxt Kiyevdə keçirməli olacaq.
 
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.
Shares: